Yazını böyüt
Yazını kiçilt
Aparıcı İlkin Həsəni qızı Alisa ilə bağlı paylaşım edib.
Hafta.az xəbər verir ki, o, qızının ad günü olduğunu vurğulayıb. İlkin qızı ilə fotolarını yayımlayaraq onu 8 yaşının tamam olması münasibəti ilə təbrik edib:
"Arzum budur ki, hər zaman xoşbəxt olasan və qarşına çıxan bütün qapılar üzünə sevgiylə açılsın. Mən də hər zaman, hər addımında sənin arxandayam. Ad günün mübarək, atasının balaca şahzadəsi".
Qeyd edək ki, Aysel adlı xanımla ailəli olan İlkinin bir oğlu da var.














